Cəlilabad rayonunun Uzuntəpə kəndində hər mərtəbəsi 150 m² olan ikimərtəbəli inzibati binanın 1-ci mərtəbəsində 1 otağın döşəməsi 3 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.