22 Aprel 2020 11:07
977
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda faciəli hadisə baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Moskva prospektində yaşayan 1957-ci il təvəllüdlü Şəhla Həsənova yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Şəhla Həsənova Respublika Klinik Xəstəxanasının tibb bacısı vəzifəsində çalışıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər