24 Aprel 2020 11:47
788
12 Punto 14 Punto 16 Punto 18 Punto

Lənkəranda dəhşətli cinayət hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Şağlaser kənd sakini Hacıağa Əbilov münaqişə zəminində həmkəndlisi, 1984-cü il təvəllüdlü Vüqar Ağayevi kürəyindən bıçaqlayıb, daha sobra onun boğaz nahiyəsinə xəsarət yetirib.

Vüqar Ağayev xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Vüqar Ağayevin vəziyyətini ağır olduğu bildirilir. Hadisəni törətməkdə şübhəli bilinən Hacıağa Əbilov saxlanılıb.

O, istintaqa verdiyi ilkin ifadəsində törətdiyi əməli etiraf edib. Bildirib ki, hadisə söyüş üstündə yaranan mübahisə zəminində baş verib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər