1 Oktyabr 2014 14:54
1 409
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMİP bələdiyyə seçkilərinə start verib.

Partiyadan Teleqraf.com-a daxil olan məlumata görə, bu gün AMİP Siyasi Şurasının növbəti iclası keçirilib.

İclasda ölkədəki ictimai-siyasi vəziyyət, həmçinin dekabr ayında keçiriləcək bələdiyyə seçkilərində partiya üzvlərinin iştirakı ilə bağlı müzakirələr aparılıb. Müzakirələr zamanı yerli qanunvericilik orqanları ilə əlaqədar mövcud qanunların icra edilməməsi səbəbindən bələdiyyələrin icra strukturlarının əlavəsinə və real gücü olmayan əhəmiyyətsiz qurumlara çevrilməsi xüsusi olaraq vurğulanıb. İclas iştirakçıları bələdiyyələrin statusunun artırılması və onların yerlərdə real yerli hakimiyyətə çevrilməsi üçün siyasi partiyalar, vətəndaş cəmiyyətləri və cəmiyyətin digər təbəqələri ilə müzakirələrin keçirilməsi və seçkiqabağı demokratik mühitin formalaşması istiqamətində birlikdə mübarizə aparmağın zəruriliyini diqqətə çatdırıblar.

Qeyd edilənlərlə yanaşı Siyasi Şura üzvləri tərəfindən yekdilliklə bələdiyyə seçkilərində iştirakın vacibliyi vurğulanıb.

İclasda bələdiyyə seçkilərinə hazırlıqla əlaqədar AMİP Siyasi Şura, Mərkəzi Şura üzvlərinin və partiya katiblərinin regionlara nəzərdə tutulan səfərləri və növbəti il üçün yerli təşkilatların qarşısında duran vəzifələrlə bağlı müvafiq qərarlar qəbul edilib.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər