Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxış edir.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan xalqın səsi ilə prezident seçildiyindən qürur duyduğunu bildirib. Onun sözlərinə görə, prezidentin xalq tərəfindən seçilməsi keçmişdə baş verən mübahisələri ortadan qaldırıb: “Çatdığımız demokratik səviyyə, həm ümid, həm qürur mənbəyidir. Türkiyə son 3 ildə 3 seçkiyə şahid olub. Millətin qərarı hər qərardan üstündür”.
Ərdoğan millətə və ölkəyə aid hər bir məsələnin həll yerinin TBMM olduğunu dilə gətirib. O həmçinin son illərdə keçirilən seçkilərinmillətin yaxşı və pisi ayıra biləcəyinin göstərici olduğunu qeyd edib.
“Terror və şiddətə ilk olaraq siyasətçilərin və siyasi partiyaların qarşı çıxması lazımdır. Əlində silah olan şəbəkələri tərifləyən siyasət anlayışı özünü inkar edən siyasət anlayışıdır. Küçə aksiyalarını, vandalizmi təşkil edən, polisə daş atan siyasət anlayışı da özünü inkar edən çarəsizlik işçində olan siyasət anlayışıdır”- deyə Ərdoğan terrorla bağlı fikirlərini bölüşüb.
Türkiyənin iqtisadiyyatının günü-gündən böyüdüyünü diqqətə çatdıran prezident demokratiya yolunda da mühüm addımlar atdıldığını bildirib: “Demokratiyanın standartları genişləndikcə iqtisadiyyatımız də böyüyüb. Fərqli dil və dialektlərin öyrədilməsinə qarşı çıxdığı zaman Türkiyə parçalanmayıb, əksinə daha da genişlənib. İnancların ifadəsi və ibadətlərin yerni yetirilməsində maneələr qalxdıqca Türkiyə daha özünə inamlı ölkə mövqeyinə yüksəlib. Hicab qadağasının qaldırılması hiddətə yol açmadı. Bu Türkiyənin önünü açıb”.
Türkiyə prezidenti ölkədə mətbuat azadlığının genişləndiyini və xarici qüvvələr tərəfindən Türkiyə mediasına qarşı səsləndirilən fikirlərin böhtan olduğunu açıqlayıb: “Türkiyədə mətbuat azadlığı keçmişlə müqayisə qəbul edilməyəcək qədər artıb. İnternet genişləndirilib. İnternet gündəlik həyatın və təhsilin ayrılmaz parçası halına gəlib. Bəzi milli və beynəlxalq kampaniyaları çərçivəsində ölkəmizin hədəf alınması ədalətsizlikdir. İsrailin son Qəzza hücumunda 16 jurnalist həyatını itirib. 16 jurnalistin öldürülməsi, jurnalistlərə təzyiq edilməsi dünyadan münasibət görmədiyiniz Türkiyənin bu məsələdə haqsız tənqidlərə məruz qalması üzərində düşünülməsi lazım olan məsələdir”.
“İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı ilə bağlı fikirlərini səsləndirən Ərdoğan Türkiyənin dinindən, irqindən, millətindən asılı olmadan hər kəsə yardım etməyə hazır olduğunu bildirib: “İraq və Suriyada davam edən böhranları ən yaxşı analiz edən ölkə Türkiyədir. Türkiyə hər tərəflə dialoq quran ölkədir. BMT-də islahatlara ehtiyac var. Türkiyə dissertasiyalarını müdafiə etməyə davam edəcəkdir. Bütün terror təşkilatlar ilə mübarizəmizi davam etdirəcəyik”.
Samir