Bakının Nizami rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon əraisindəki marketlərin birində Bakı şəhər sakini A.İbrahimovanın içərisində pul və sənəd olan pulqabısını oğurlanıb.
Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini F.Əmrahov saxlanılıb.