7 May 2020 11:00
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda quldurluqda təqsirləndirlən Arzu Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim İlham Mahmudovun icraatına verilib. Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, hadisə ötən ilin dekabr ayında paytaxtın Nəsimi rayonu, Cavadxan küçəsi 70 ünvanında baş verib. Arzu Abdullayev həmin ünvanda yerləşən "AZZA" şirniyyat mağazasına daxil olaraq, orada işləyən Ülvi Atakişiyevi bıçaqla öldürməklə hədələyib. O, satıcıdan kassadakı pulları tələb edib və 950 manat, həmçinin 1 şüşə "Alpha Line" içkisini götürərək hadisə yerindən qaçıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan keçmiş məhkum Arzu Abdullayev saxlanılıb.

İstintaq orqanı tərəfindən Arzu Absullayevin barəsidə Cinayət Məcəlləsinin 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər