Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Goran qəsəbəsi ərazisində Gürcüstan vətəndaşı B.Giorgi idarə etdiyi “MAN” markalı avtomobillə yolu keçən Tərtər rayon sakini Şahnaz Baxşəliyevanı vurmuş və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.