12 May 2020 09:44
1 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmir rayonunda hamilə qadının güllələnməsi ilə bağlı cinayət işi açılıb.

Teleqraf.com xəbər verir ki, Kürdəmir rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürmə cəhd) və 29, 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, hadisə rayonun Sığırlı kəndində baş verib.

Kənd sakini Ramo Mövlayev qısqanclıq zəminində qardaşının hamilə olan həyat yoldaşı Könül Mövlayeva ilə mübahisə edib.

Mübahisə nəticəsində Ramo Mövlayev ov tüfəngi ilə atəş açaraq qadını güllələyib.

Yaralı Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilərək əməliyyat olunub.

Ramo Mövlayev polis tərəfindən saxlanılıb.

Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda istintaq gedir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər