Bakının Nəsimi rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun S.Vurğun küçəsindəki “Spar” marketdə işləyən N.Novruzovun kassasından 150 manat oğurlanıb.
Nəsimi rayon Polis İdarəsinin 22-ci polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluöu törətməkdə şübhəli bilinən L.Şiveyeva müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.