15 May 2020 09:12
1 117
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda oğlunu bıçaqlamaqda ittiham olunan Vaqif Rəhimovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim İradə Həsənzadənin icraatına verilib. Yaxın günlərdə məhkəmə prosesi başlanacaq.

İttihama görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. 2007-ci il təvəllüdlü Rəhimli Fəqan Vaqif oğlu bıçaqlanıb. Yaralı yaxınları tərəfindən xəstəxanaya çatdırılıb. Ona qarının kəsilmiş yarası diaqnozu qoyulub.

Araşdırmalar zamanı məlum olub ki, Fəqanı atası Vaqif Rəhimov bıçaqlayıb.

İstintaq orqanı tərəfindən Vaqif Rəhimovun barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsin sağlamlığına xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər