25 May 18:24
307

Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.

Rayon sakini Mirhüseyn Qasımovun idarə etdiyi "VAZ-21011" markalı avtomobil rayonun Aşağı Quşçu kənd ərazisində hərəkətdə olan zaman sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü yüngül xəsarət alıb. Avtomobilə isə ciddi zərər dəyib.


Müəllif: Mənbə/Report