27 May 2020 15:15
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda sürücüyə xəsarət yetirən şəxs tutulub.

Teleqraf.com-un xəbərinə görə, mayın 27-də Şəmkir şəhəri ərazisində Keçili kənd sakini P.Quliyevin idarə etdiyi “Daewoo” markalı avtomobilə sərnişin qismində oturan naməlum şəxs sürücüyə baş nahiyəsindən küt alətlə xəsarət yetirib onu avtomobildən düşürərək hadisə yerini tərk edib.

Şəmkir rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini S.Məmmədli avtomobillə birgə Seyfəli kəndi ərazisində saxlanılıb.


Müəllif: Hacı Zeynalov