Bakının Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakini T.Məmmədov idarə etdiyi “Jeep” markalı avtomobillə yolu keçən paytaxt sakini Azad Əliyevi vurub.
Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Bundan başqa, Xətai rayonu ərazisində Bakı şəhər sakini E.Bağırov idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə yolu keçən paytaxt sakini Fikrət Qurbanovu vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.