Bakının Suraxanı rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Hövsan qəsəbəsində fəaliyyət göstərən bərbərxanaya daxil olan naməlum şəxs əlindəki dəmir parçası ilə orada bərbər işləyən Orxan Kazımova hücum edib, onun 120 manatını alıb.
Suraxanı rayon Polis İdarəsinin cinayət axtarış şöbəsi və 30-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Malik Məmmədov saxlanılıb.
Onun əvvəllər də məhkum olunduğu üzə çıxıb.
Faktla bağlı cinayət işi başlanıb.