1 İyun 2020 22:54
854
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Sivas şəhərində Sədi Balkaya adlı şəxs yaşadığı mənzilin 7-ci mərtəbəsindən yıxılaraq dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, hadisə şəhərin Əyriköprü məhəlləsində 8 mərtəbəli binada baş verib.

Binanın ikinci mərtəbəsində yaşayan təqaüdçü Sədi Balkaya binanın 7-ci mərtəbəsinə çıxıb. Bir müddət sonra ətrafda oynayan uşaqlar səs eşidiblər. Səs gələn əraziyə gedən uşaqlar onun metal döşəmədə qan içində uzandığını görüblər. Hadisə yerinə təcili tibbi yardım və polis qrupları cəlb olunub.

Balkaya Sivas Cumhuriyyət Universitetinin Tibb Fakültəsi Xəstəxanasına aparılıb və həkimlərin səylərinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb.

İlkin araşdırmaya görə, Balkayanın yanğın pilləkənləri ilə 7-ci mərtəbəyə qalxdığı və havalandırma pəncərəsindən metal hissəyə yıxıldığı məlum olub. İntihar edən şxəsin psixoloji pozğunluğu olduğu güman edilir.

Faktla bağlı araşdırmalara başlanılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər