3 Oktyabr 2014 16:41
894
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali İrlandiyanın Belfast şəhərində Avropa Hemofiliya Konsorsiumunun təşkilatçılığı ilə beynəlxalq konfrans keçiriləcək.

Tədbirdə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli iştirak edəcək.

Parlamentdən verilən xəbərə görə, Avropanın 44 ölkəsində fəaliyyət göstərən milli təşkilatları özündə birləşdirən bu qurumun məqsədi hemofiliyalı və digər qanın irsi laxtalanma pozuntuları olan insanlarda xəstəliyin yüngülləşdirilməsi və insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasıdır.

Tədbir çərçivəsində Avropa Hemofiliya Konsorsiumunun Baş Assambleyasının iclasının keçirilməsi də nəzərdə tutulur.

Nemət


Müəllif:

Oxşar xəbərlər