2 İyun 2020 09:43
810
12 Punto 14 Punto 16 Punto 18 Punto

Masallıda ölümlə nəticələnən yol qəzası olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, rayonun Ərçivan kəndində "LADA" markalı minik avtomobili yol kənarındakı su kanalına aşıb.

Hadisə yerinə cəlb olunan Cənub Regional Mərkəzinin xilasediciləri avtomobilin sürücüsü, 1988-ci il təvəllüdlü Kərimov Müşviq Nəsir oğlunun meyitini su kanalından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər