2 İyun 2020 10:19
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonu ərazisində oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Bülbül prospektində yerləşən "Grand" marketdən 102 manatlıq, "Bolmart"-dan 68 manatlıq spirtli içki oğurlanıb.

Nəsimi rayon Polis İdarəsinin 22-ci polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində marketlərdən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini, məhkum olunmuş 1987-ci il təvəllüdlü Kamil Həsənov saxlanılıb.

Məlum olub ki, Kamil .Həsənov mayın 30-da 03:45-də Səməd Vurğun küçəsində yerləşən "Af Mall" ticarət mərkəzindən spirtli içki oğurlayarkən mühafizəçi görüb, nəticədə o əlindəki içkiləri yerə ataraq qaçıb.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov