3 Oktyabr 2014 16:50
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meksika, İordaniya və İspaniya parlamentariləri Azərbaycandan razı qalıb.

Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Meksika Senatının Xarici əlaqələr komitəsinin sədri xanım Qabriela Kuevas Barron ilə görüşüb.

Valeh Ələsgərov IV Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçısı olan meksikalı deputatı Milli Məclisdə görməkdən məmnunluq duyduğunu bildirib, Azərbaycanın Meksika ilə hər sahədə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini bildirdi.

Meksika Senatının Xarici əlaqələr komitəsinin sədri Qabriela Kuevas Barron IV Bakı Beynəlxalq Humanitar Forumunda çıxış etdiyini, müzakirə olunan məsələlərlə bağlı fikirlərini bölüşdüyünü vurğulayıb.

Milli Məclisdə Azərbaycan-İordaniya parlamentlərarası əlaqələr üzrə işmi qrupunun rəhbəri Nəriman Əliyev İordaniya Parlamenti Nümayəndələr Palatasının ölkəmizlə dostluq qrupunun rəhbəri Hazem Qaşunla müzakirə aparıb. Nəriman Əliyev xalqlarımız arasında tarixən mövcud olan mədəni və mənəvi bağlardan danışaraq qeyd edib ki, Azərbaycan hökuməti hər zaman İordaniya ilə əlaqələrin inkişafına xüsusi önəm verir. İordaniya Parlamenti Nümayəndələr Palatasının Azərbaycanla dostluq qrupunun rəhbəri cənab Hazem Qaşun İordaniya hökumətinin Azərbaycanla münasibətlərin inkişafında maraqlı olduğunu, xalqlarımız arasındakı qardaşlığın təməlin möhkən əsaslar üzərində qurulduğunu bəyan edib.

Milli Məclisdə Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fəzail Ağamalı İspaniya parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Xose Maria Çikio ilə müzakirə aparıb.

Nemət


Müəllif:

Oxşar xəbərlər