Bakının Xətai rayonunda mənzildən oğurluq olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Xətai rayon Polis İdarinin 35-cı polis bölməsinin əməkdaşları əməliyyat keçiriblər.
Əməliyyat-axtarış tədbirləri nəticəsində martın 20-dən iyunun 10-dək olan müddətdə rayon ərazisindəki mənzillərin birindən 50.000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri D.Borisov və R.Vəliyev saxlanılıblar.