Bakının Sabunçu rayonunda bıçaqlanma olub.
Teleqraf.com xəbər verir ki, iyunun 22-də Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini, əvvəllər məhkum olunmuş V.Muradov xuliqanlıq zəminində qonşusu K.Məşədiyevin əl nahiyəsinə bıçaqla xəsarət yetirib.
Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində V.Muradov saxlanılıb.
Ona məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 5 ədəd çətənə kolu, evindən isə 117,64 qram marixuana və 19,849 qram çətənə toxumu aşkar edilib.
Faktla bağlı cinayət işi başlanıb.