24 İyun 2020 13:18
1 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, iyunun 17-də Yasamal rayonu ərazisindən Bakı şəhər sakini Cəlal Hüseynovun qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə 27-ci polis bölməsinə məlumat daxil olub.

Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar - Bakı şəhər sakini R.Hənifəyev və Abşeron rayon sakini R.İsrafilov saxlanılıblar.

Faktla bağlı cinayət işi başlanılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər