Demokratik İslahatlar Partiyasının (DİP) sədri, Milli Məclisin deputatı Asim Mollazadə Azərbaycan hökumətinin təşkil etdiyi tədbirlərdə iştirak etmək məqsədilə ABŞ-ın Kaliforniya ştatına gedib.
DİP-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, A.Mollazadə səfər zamanı deputatı olduğu Nəsimi rayonu ilə qardaşlaşmış San-Dieqo şəhərinin rəsmiləri, burada fəaliyyət göstərən yəhudi və türk icmalarının rəhbərləri ilə də görüşəcək.
Millət vəkilinin San-Dieqodakı bir sıra universitetlər və fikir mərkəzlərində görüşləri də nəzərdə tutulub.
Səxavət