Masallı rayonunda yayış evinə basqın edilib.
Teleqraf.com xəbər verir ki, naməlum şəxslər rayonun İsi kənd sakini F.Əhədovun yaşadığı evə girib, yumruqla ev sahibinin sifət nahiyəsinə xəsarət yetirərək 1500 manat pulunu alıblar.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Lənkəran rayon sakinləri E.Cəfərli, əvvəllər məhkum olunmuşlar E.Məmmədzadə və R.İbadov saxlanılıblar.