9 Oktyabr 2014 10:13
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə AIPAC-in (İctimai əlaqələr üzrə Amerika-İsrail Komitəsi) Kaliforniya ştat rəhbərliyi ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüşdə Azərbaycan-ABŞ və İsrail münasibətləri, Ermənistanla münaqişənin həlli problemləri müzakirə mövzusu olub.

Qeyd edək ki, Asim Mollazadə oktyabrın 11-də Kaliforniyada San-Dieqo şəhər teatrında dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletinin premyerasında iştirak edəcək. Sözügedən tamaşa Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyilə səhnələşdirilib.

Nemət


Müəllif:

Oxşar xəbərlər