12 İyul 23:30
351

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Sabunçu rayonunda avtomobil 9 yaşlı Yusubova Aysu Əlihuseyn qızını və 8 yaşlı Yusubova Rüqəyya Bayandur qızını vurub.

Azyaşlı uşaqlar təcili yardım avtomobili ilə 3 nömrəli Şəhər Klinik Xəstəxanasına aparılıblar. Onlara qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Yaralıların vəziyyəti ağırdır.


Müəllif: Mənbə/Report