15 İyul 2020 12:45
954
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Həsənqala kəndi ərazisində Ə.Fərzalıyevin idarə etdiyi “VAZ-21093” markalı avtomobil yolu keçən Qusarçay kənd sakini Çingiz Hacıyevi vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov