28 İyul 2020 13:30
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminin qaydalarının təmin olunması istiqamətində Gəncə şəhər Baş Polis İdarəsi və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsi və Daxili Qoşunların əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar şəhər ərazisində həm profilaktiki, həm də reyd xarakterli tədbirlər həyata keçirir.

Təşkil edilən reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan şəxslər aşkarlanaraq barələrində müvafiq qanunlara uyğun tədbirlər görülüb.

Araşdırmalar zamanı ümumilikdə 5 029 şəxsin xüsusi karantin rejiminin tələblərini pozması aşkarlanıb ki, onlardan 5 014-ü İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə ediliblər. 12 şəxs barəsində aidiyyəti məhkəmənin qərarı ilə inzibati həbs seçilib.

Qeyd edək ki, inzibati tədbir görülən şəxslərdən 30 nəfəri iaşə obyektlərinin sahibləridir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər