28 İyul 2020 15:11
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Karantin qaydalarını pozmaqla qanunsuz ov edən Cəlilabad sakini saxlanılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Məlumata görə, Cəlilabad rayon polis şöbəsinin əməkdaşları sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar olaraq qurulmuş postlardan birində xidmət apararkən bir qədər aralıda, rayonun Hamarqışlaq kəndi ərazisində bir nəfər şəxsin avtomobilini yol kənarında saxlayaraq ov silahından atəş açdığını müəyyən ediblər.

Polis əməkdaşları həmin şəxsə yaxınlaşdıqda onun həmin ərazidə qanunsuz ov edən Cəlilabad şəhər sakini Valeh Babayev olduğu məlum olub.

Eyni zamanda yaşayış yerini müvafiq icazə olmadan tərk etməklə karantin qaydalarını pozan həmin şəxsdən 1 ədəd ov tüfəngi, qanunsuz olaraq ovladığı 18 ədəd çöl quşu aşkarlanıb.

Faktla bağlı Cəlilabad rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər