9 Avqust 2020 14:56
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın Səbail rayonunda oğurluq törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa cəlb edilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Səbail rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 7-də xarici ölkə vətəndaşına məxsus 900 ABŞ dolları dəyərində “Speeds” markalı velosipedi oğurlamaqda şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş 1986-cı il təvəllüdlü, Neftçala rayon sakini Vüqar Muxtarov saxlanılıb.

Şübhəli şəxs barəsində Cinayət Məcəlləsinin 177.1-ci (oğurluq) maddəsi ilə cinayət işi başlayıb.

Onun ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov