Bakının Binəqədi rayonu ərazisində oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərin birindən 12 000 manat dəyərində elektrik məişət əşyaları oğurlanıb.
Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini İ.Məmmədova saxlanılıb.