Bakının Binəqəd rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, sentyabrın 2-nə keçən gecə Binəqədi qəsəbəsindəki evlərdən birinin qarşısından 4000 manat dəyərində avtomobil ehtiyat hissələri oğurlanıb.
Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Əliyev saxlanılıb.