Bakının Yasamal rayonunda soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, raypn ərazisində naməlum şəxs A.Behbudovaya zor tətbiq edib, içərisində pul və mobil telefon olan çantasını alıb.
Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Hacıyev saxlanılıb.
İstintaq araşdırması zamanı E.Hacıyevin əvvəllər məhkum olunduğu üzə çıxıb.
Faktla bağlı cinayət işi başlanıb.