Sabirabad rayonunda silahlı insident olub.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Ulacalı kəndində Kür çayının sahilində baş verib.
Kənd sakini Zəka Nəsirov həmin ərazidə ov zamanı qohumu Aqil Nəsirovu ehtiyatsızlıqdan ov tüfənfindən açdığı atəş nəticəsində vurub.
Nəticədə Aqil Nəsirov aldığı güllə yarasından hadisə yerində ölüb.
Faktla bağlı Sabirabad rayon Prokurorluğunda araşdırma aparılır.