Bakının Suraxanı rayonunda ölümlə nəticələnən yol qəzası olub.
Teleqraf.com xəbər verir ki, rayonun Hövsan qəsəbəsi ərazisində qəsəbə sakini R.Göyüşov idarə etdiyi “BMW” markalı avtomobili yolun kənarındakı maneəyə vurub.
Nəticədə R.Göyüşovun sərnişini, həyat yoldaşı Xanım aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Suraxanı rayon Polis İdarəsində araşdırma aparılır.