“İşğalçı Ermənistan hər zaman prezidentlərin görüşünün baş tutmamasına çalışır. Ona görə də hər görüş ərəfəsində müxtəlif təxribatlar törədir ki, prosesə zərbə vursun”.
Teleqraf.com xəbər verir ki, bu fikirləri politoloq Elman Nəsirli deyib.
E.Nəsirli bildirib ki, ATƏT-in Minsk qrupu, həmsədrlər işğalçı dövlətin təxribatlarına ciddi reaksiya vermir. Onun fikrincə, bu səbəbdən də Ermənistan tərəfi ATƏT-in Minsk qrupunun fəaliyyətindən çox məmnundur: “NATO-nun Uels samitindən geri döndükdən sonra, sentyabrın 6-da Sərkisyan hakim Respublika Partiyasının rəhbərliyi ilə görüşündə açıq şəkildə dedi ki, Azərbaycan NATO və AŞPA, Ermənistan isə ATƏT və Minsk qrupu müstəvisində daha böyük müvəffəqiyyətlər qazanır. Ermənistan ATƏT-in Minsk qrupunun fəaliyyətindən məmnundursa, deməli onların fəaliyyəti daha çox Ermənistana xeyir gətirir. Baxmayaraq ki, ATƏT-in Minsk qrupu neytrallıq prinsipini qorumağa çalışır, balanslı siyasət yeridir. Bunun özü də işğalçı üçün vacibdir və ona görə də razılıqlarını ifadə edirlər”.
Səxavət