Parlamentdə çıxış edən deputat Fəzail Ağamalı 1918-ci il Batum müqaviləsi haqqında danışıb:
“Bir neçə gün əvvəl görkəmli alimimiz Yaqub Mahmudov bir məsələyə xüsusi diqqət ayırdı. Söhbət Batumda imzalanan müqavilədən gedir. Bu müqavilədə qoyulan öhdəliklər yerinə yetirilməyib. Ermənilər bir an belə dayanmayıblar. İrəvanda azərbaycan məktəbləri mövcud deyil, ərazilərimizin 20 faizi işğal edilib. Və bu proses indi də davam edir”.
Deputat daha sonra SSRİ zamanı da Zəngəzur və Göyçə mahalının Ermənistana verilməsi haqqında danışıb, bu zamanda razılaşmanın şərtlərinin pozulduğunu, erməni tərəfinin təcavüzünün davam etdiyini vurğulayıb:
“Fikrimcə, biz bu məsələlər haqqında ciddi düşünməli, bunu qaldırmalı və ilk olaraq hüquqi baza yaratmalıyıq. Təklif edirəm ki, XİN-də xüsusi qrup yaradılsın və bizim qaldırdığımız olan bu məsələ ilə bağlı addım atsın”.
Nemət