11 Noyabr 2020 13:38
464
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Prokurorluq Lənkəran şəhərində baş verən yanğınla bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, bu gün saat 05 radələrində Lənkəran şəhərində evin yanması nəticəsində 2 azyaşlının ölməsi faktı ilə bağlı istintaq aparılıb-aparılmadığını öyrənmək məqsədilə Baş Prokurorluğun mətbuat xidməti ilə əlaqə saxlayan zaman bildirilib ki, Lənkəran şəhəri Səttərxan küçəsi 8 ünvanında yerləşən 3 otaqlı fərdi yaşayış evində yanğın baş verməsi nəticəsində 2019-cu il təvəllüdlü Quts Emil Cəsarət oğlu və 2014-cü il təvəllüdlü Quts Milana Aleksandrovna həlak olmuş, 2018-ci il təvəllüdlü Quts Artyom Aleksandroviç xəsarət alıb.

Faktla bağlı FHN-nin İstintaq-Əməliyyat idarəsində Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

FHN-nin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, yanğın-texniki ekspertizası və məhkəmə-tibb ekspertizası təyin edilməklə digər zəruri prosessual hərəkətlər yerinə yetirilıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər