22 Noyabr 2020 23:57
360
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Cəlilabad rayonu ərazisində qeydə alınıb.

İki minik avtomobilinin toqquşması nəticəsində rayon sakinləri - 1969-cu il təvəllüdlü Əliyev Əlhüseyn Nizami oğlu və 2000-ci il təvəllüdlü Abdullayev İsa Fikrət oğlu xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb və onlara tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com