23 Noyabr 2020 13:41
791
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qubada xüsusi karantin rejimi qaydalarına zidd olaraq fəaliyyət göstərən çayxana aşkar edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib.

Quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı rayonun Möhüc kəndi ərazisində yerləşən çayxananın mövcud karantin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi məlum olub.

Obyektə baxış zamanı orada olan 7 müştərinin və obyekt sahibi Rüstəm İsayevin sərtləşdirilmiş karantin rejimi qaydalarını pozduqları müəyyən edilib.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolları tərtib olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər