23 Noyabr 2020 13:52
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gədəbəy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Novo İvanovka kəndi ərazisində kənd sakini Gəncəli Usubov idarə etdiyi “Toyota” markalı avtomobili dərəyə aşırıb.

Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Gədəbəy rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov