Rusiyanın Əfqanıstandakı səfirliyinə məxsus avtomobilin partlaması nəticəsində iki əməkdaş yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O deyib ki, avtomobil əldəqayırma partlayıcı qurğunun işə düşməsi ilə partlayıb. Səfirliyin əməkdaşları yüngül xəsarətlər alıblar.
İlkin məlumata görə, terror aktı həmin yolla hərəkət edən Əfqanıstan Milli Təhlükəsizlik Qüvvələrinin avtomobilinə qarşı planlaşdırılıb. Lakin M.Zaxarova təcavüzün Rusiya səfirliyinə qarşı yönəlməsini də istisna etmir.