3 Dekabr 2020 00:55
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com-un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

Yolu keçən 1981-ci il təvəllüdlü Əliyev Babək Əlizadə oğlunu minik avtomobili vurub. Yaralı hadisə yerinə çağırılan təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı ona sol baldır sümüklərinin sınığı və üz nahiyəsinin küt travması diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.


Müəllif: Teleqraf.com