5 Dekabr 2020 10:42
519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın NTV televiziya kanalının mətn yazarı Aleksey Petruşko və operator İvan Maşkin İstanbulda saxlanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə məlumatı İstanbul Terrorla Mübarizə Şöbəsi açıqlayıb.

Məluamata görə, hər iki jurnalist müdafiə şirkətinin binası ətrafında icazəsiz çəkiliş aparıb.

Onlar İstanbuldakı Pilotsuz Uçuş Aparatı (PUA) və Silahlı Pilotsuz Uçuş Aparatı (SPUA) istehsal mərkəzinin görüntülərini icazəsiz çəkərkən həbs olunublar.

İstanbul Polis İdarəsinə aparılan televiziya işçilərinə qarşı istintaq başladılıb. Baş Prokurorun əmri ilə həbs müddəti 3 gün uzadılıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər