15 Dekabr 2020 16:30
501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatala rayon polis şöbəsinin əməkdaşları sərtləşdirilmiş karantin rejimi qaydalarına rayon ərazisində riayət edilməsi məqsədilə nəzarət-profilaktik tədbirləri davam etdirir.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, rayonun giriş və çıxışlarında qurulan karantin postlarında polis və Daxili Qoşunların hərbi qulluqçuları gücləndirilmiş rejimdə xidmətlərini davam etdirirlər.

Postlarla yanaşı şəhər daxilində də mobil qruplar tərəfindən yaşayış yerini tərk edən vətəndaşların SMS icazələrinin olub-olmaması planşet vasitəsilə yoxlanılır.

İcazələri olmadan yaşadıqları ünvanları tərk edənlərə sərtləşdirilmiş karantin rejiminin tələbləri diqqətə çatdırılır və barələrində cərimə protokolu tərtib olunur.

Həmçinin reydlər zamanı tibbi maskadan istifadə etməyən şəxslər barəsində qanuna müvafiq tədbirlər görülür.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər