27 Dekabr 2020 11:55
1 071
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Elazığ bölgəsində baş verən zəlzələdən sonra Muğlanın Dalaman rayonunda da zəlzələ meydana gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

AFAD tərəfindən verilən açıqlamada deyilir:

“Muğlanın Dalaman rayonu yaxınlığında, Aralıq dənizində 4.2 bal gücündə bir zəlzələ meydana gəlib. Biz prosesi izləyirik. Dalaman mahalı sahillərində baş verən zəlzələdən sonra bu ana qədər heç bir ziyan və tələfat xəbəri gəlməyib”.

***

11:11

Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu Elazığdakı zəlzələdən sonra sosial media hesabında məlumat verib.

Teleqraf.com-un xəbərinə görə, nazir qeyd edib ki, Elazığın mərkəzində saat 09.37-də 5.3 bal gücündə və 15.94 km dərinlikdə bir zəlzələ meydana gəlib:

"İndiyə qədər heç bir mənfi yüklü xəbər yoxdur. Bütün komandalarımız sahələrdə araşdırmanı davam etdirirlər. Məlumat verməyə davam edəcəyik".

***

11:05

Türkiyənin şərqində 6,4 bal gücündə zəlzələ qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri Sivrice şəhərindən 10 kilometr qərbdə yerləşib. Zəlzələ ocağı 10 kilometr dərinlikdə olub.

Hələlik dağıntı və ya tələfat barədə məlumat yoxdur.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər