28 Dekabr 2020 23:13
4 008
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney azərbaycanlı milli fəal Əli Əzizi “İran rejiminə qarşı təbliğat aparmaq” və “Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinə (GAMAC) üzv olmaq” ittihamları ilə 6 il həbs cəzasına məhkum edilib.

Teleqraf.com xəbər verir ki, bu barədə İran İnsan Haqları Fəalları Agentliyi (HRANA) məlumat yayıb.

Məlumata görə, İran İnqilab Məhkəməsi onu rejimə qarşı təbliğat apardığı üçün 1 il və GAMAC üzvü olduğu üçün 5 il həbs cəzasına məhkum edib.
Əzizinin qərardan Apellyasiya Məhkəməsinə şikayət edəcəyi bildirilib.

Güney Azərbaycan türklərinin ana dilində təhsil almaq və digər konstitusiion haqlarını müdafiə edən, İran rejiminin türklərə qarşı sərt siyasətinə etiraz edən 23 yaşlı Əzizi 2019-cu ilin noyabrında ölkədə benzinin bahalaşmasına qarşı keçirilən aksiyalar zamanı da saxlanılmışdı.

Bir ay müddətinə həbs olunan fəal pul və 20 şallaq cəzasına məhkum edilmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər