Gəncədə karantin rejimini pozan kafe aşkarlanıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.
Məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.
Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zamanı rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb.
Obyektin sahibi Elşad İbrahimov və 7 nəfər müştəri qanunla müəyyən edilmiş qaydada saxlanılaraq polis bölməsinə gətirilib və barələrində qanunamüvafiq tədbir görülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.