13 Yanvar 2021 11:17
471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə Teleqraf.com-a Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Cinayət Məcəlləsinin 234.3-cü maddəsinə əsasən təqsirli bilinərək həbs edilən və hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Hənifəyev Emin Nizami oğluna arvadı Bakı şəhər sakini Əliyeva Kamalə Kamil qızı tərəfindən gətirilən sovqata baxış keçirilən zaman orada olan plastmas qabdakı bişmiş toyuğun dərisinin altında xüsusi üsulla gizlədilmiş sellofan bükülüdə ümumi çəkisi 0,271 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər